logo

Bu il dünyada 70-dən çox jurnalist öldürülüb

11:11 02-11-2022 | icon 2030
Bu il dünyada 70-dən çox jurnalist öldürülüb

“Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb”.

YeniAvropa xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş özünün "Twitter" hesabında məlumat paylaşıb.

O bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır.

“Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”, - deyə baş katib paylaşımında vurğulayıb.