logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 390 min nəfəri ötüb

16:47 01-11-2022 | icon 2793
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 390 min nəfəri ötüb

Noyabrın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 657 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 153, ikinci doza vaksinlərin sayı 181, üç və daha çox doza vaksinlərin sayı 294, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 911 min 694, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 152, ikinci mərhələ üzrə 4 milyon 871 min 585, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 910, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 47-dir.