logo

NATO baş katibinin Türkiyəyə səfər tarixi açıqlanıb

14:11 01-11-2022 | icon 1743
NATO baş katibinin Türkiyəyə səfər tarixi açıqlanıb

NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 4-də Türkiyəyə səfər edəcək.

YeniAvropa “Anadolu”ya istinadən xəbər verir ki, o, prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Tərəflərin İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcəkləri bildirilib.

Bundan başqa, onlar Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, İsveçin yeni baş naziri Ulf Kristerson noyabrın 8-də Türkiyəyə səfər edəcək.