logo

Bu gündən məktəbəhazırlıq qrupları üzrə elektron yerdəyişmə prosesinə başlanılır

09:29 01-11-2022 | icon 13244
Bu gündən məktəbəhazırlıq qrupları üzrə elektron yerdəyişmə prosesinə başlanılır

Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə başlanılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib/Qeyd edilib ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.