logo

Azərbaycan sahibkarları  İstanbul ticarət sərgisinə dəvət olunub

17:47 28-10-2022 | icon 2149
Azərbaycan sahibkarları  İstanbul ticarət sərgisinə dəvət olunub

Noyabrın 2-5-də Türkiyənin İstanbul şəhərində 19-cu “MÜSİAD EXPO” Ticarət Sərgisi keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə KOBİA-dan bildirilib.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən iki ildən bir təşkil olunan sərgini bu il 124 ölkədən 100 mindən çox sahibkar, investor, dövlət və özəl qurumların nümayəndələri və iştirakçıların ziyarət etməsi gözlənilir. Sərgidə əsasən qida və qeyri-qida məhsullarını təklif edən şirkətlər, texnoparklar iştirak edəcək. Ümumilikdə, sərgiyə 24 sahədən 600-dən çox şirkətin qatılması nəzərdə tutulur.

Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları ətraflı məlumatla http://www.musiadexpo.com/ linkdən tanış ola bilərlər.