logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 871 min nəfəri ötüb

17:28 28-10-2022 | icon 3038
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 871 min nəfəri ötüb

Oktyabrın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 583 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 172, ikinci doza vaksinlərin sayı 76, üç və daha çox doza vaksinlərin sayı 288, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 47-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 910 min 48, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 756, ikinci mərhələ üzrə 4 milyon 871 min 191, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 163, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 938-dir.