Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəyə səfər edəcək.
YeniAvropa xəbər verir ki, səfərdə əsas məqsəd oktyabrın 29-31-də Türk Dövlətləri Təşkilatının təşkilatçılığı, Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi altında keçiriləcək Türk Tibbi Dünya Konqresində iştirak etməkdir.
Teymur Musayevin səfər çərçivəsində həmçinin, digər türkdilli dövlətlərdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.