logo

"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

21:52 26-10-2022 | icon 1981
"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.

YeniAvropa xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ilk sınağında İsveç "Erebru"su ilə qarşılaşıb. Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da keçirilən görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionundan qolları 26-cı dəqiqədə Vitinyo və 35-ci dəqiqədə Ramiz Çovdarov vurub.

Qrupun digər oyununda Serbiyanın "Loznika Qrad" klubu ilə Bosniya və Herseqovina "Mostar"ı üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya)

Mostar, "Mithad Hujdur Hujka Arena"

Qeyd edək ki, Azərbaycan çempionu V qrupda növbəti oyununu oktyabrın 27-də "Loznika Qrad"a qarşı keçirəcək.