logo

Marqarita Simonyan və əri agentdir- Erməni spiker 

15:15 26-10-2022 | icon 1722
Marqarita Simonyan və əri agentdir- Erməni spiker 

“Marqarita Simonyan və əri Tiqran Keosayan, eləcə də müxtəlif ölkələrdəki agentlərin, erməni soyadı ilə yaşayan manqurtların Ermənistana hörmətsizlik edəcəklərini istisna etmirəm”.

 YeniAvropa xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsi üçün arzuedilməz şəxs elan olunanlarla bağlı açıqlamasında deyib.

O, Marqarita Simonyanın Ermənistana girişinin yasaqlandığı ilə bağlı informasiyadan xəbərsiz olduğunu desə də, ölkəsinin ərazi bütövlüyündən və təhlükəsizliyindən bəhs edib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı, komitə sədrinin müavini Konstantin Zatulin və Marqarita Simonyan Ermənistan üçün "persona-non-qrata" elan olunub. İkinci Qarabağ müharibəsindən sonra M.Simonyan Ermənistanın Bbş naziri Nikol Paşinyana müraciət edərək "Telegram" kanalında yazıb: “Cəhənnəmdə yan, ifritə! Cəhənnəmdə yan, ey əclaf!"