Təhsil sahəsində Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə edilib
Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Mixail Çxenkeli Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzüb.
Daha sonra nazir Bakı Avropa Liseyini ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub, liseyin rəhbərliyi ilə görüşərək iki ölkənin ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivlərini müzakirə edib.
Mixail Çxenkeli, həmçinin Bakı Dövlət Universitetini (BDU) ziyarət edərək rektor Elçin Babayevlə görüşüb. Görüş zamanı BDU-nun Gürcüstanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu vurğulanıb və daha da genişləndirilməsinə dair təkliflər səsləndirilib.
Ziyarət çərçivəsində nazir BDU-da gürcü dilini öyrənən tələbələrlə görüşərək onların suallarını cavablandırıb və tələbələrin gürcü dili üzrə bilik səviyyəsindən məmnunluğunu ifadə edib.
Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə də görüşüb. Görüş zamanı təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Gürcüstanda yerləşən tədris Azərbaycan dilində aparılan məktəblər və ölkəmizdə tədris gürcü dilində aparılan məktəblər üçün hər il həyata keçirilən dərsliklərin mübadiləsi yüksək qiymətləndirilib.
Tərəflər müvafiq olaraq gürcü və Azərbaycan dillərində tədrisin təkmilləşdirilməsi, pedaqoji heyət üçün ixtisasartırma təlimlərinin təşkili, habelə iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Zelenski Londona səfər edib
Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası olub
BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfər edəcək
Bu gün Azərbaycanda 310 doza vaksin vurulub
Azərbaycanda daha 31 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 9 mini ötüb
Azərbaycanın tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb
"Bakcell" Türkiyəyə xüsusi telekommunikasiya avadanlığı göndərib
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Dağlıq rayonlarda yollar buz bağlayacaq
“Papanin” və “Kubinka”da reyd: 13 narkotacir saxlanılıb
İlham Əliyev Türkiyə səfirliyinə gələrək başsağlığı verib
Türkiyədəki zəlzələ bölgəsindən 205 Azərbaycan vətəndaşı təxliyə edilib
“Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edildi
Azərbaycandan Türkiyəyə göndərilən yardımların STATİSTİKASI
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb
Turizm üzrə regional idarələr yaradılır
İlham Əliyev görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib
Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım üçün ikinci əl əşyalar qəbul edilmir
Sabah paytaxtda qar yağacaq
FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb
Milli Məclisin sədri Misirin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Tovuzda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Türkiyə millisinin iki voleybolçusu zəlzələdə həlak olub
Kimlərə Azərbaycanda daimi yaşamaq icazəsi veriləcək?