logo

İndoneziyada 6,4 bal gücündə zəlzələdə 10 nəfər ölüb

10:41 29-07-2018 | icon 2478
İndoneziyada 6,4 bal gücündə zəlzələdə 10 nəfər ölüb

İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində 10 nəfər həlak olub.

YeniAvropa “Channel NewsAsia” telekanalına istinadla xəbər verir ki, iyulun 29-da yerli vaxtla saat 6:47-də İndoneziyanın Lombok adasında 6,4 bal gücündə zəlzələ baş verib. Turistlər arasında populyarlığı ilə seçilən Bali adasının və Rincani vulkanının yaxınlığında baş verən zəlzələnin ocağı 7,5 kilometr dərinlikdə yerləşib.

İndoneziya Geofizika və Meteorologiya Agentliyinin yaydığı məlumata görə, zəlzələnin ardınca 11 afterşok qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.

Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyi çoxsaylı dağıntılar barədə məlumat yayıb. Torpaq sürüşmələrinin qeydə alındığı Rincani dağına qalxan yollar müvəqqəti olaraq bağlanıb.