logo

Azərbaycanda daha 54 nəfər koronavirusa yoluxub

17:07 20-10-2022 | icon 2464
Azərbaycanda daha 54 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 54 yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 822 min 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 486 nəfər müalicə olunaraq sağalıb, 9 min 935 nəfər vəfat edib. Aktiv xəstə sayı 384 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 984, bu günə qədər isə ümumilikdə 7 milyon 299 min 324 test icra olunub.