logo

II mərtəbəsindən yıxılan 9 aylıq körpə 20 gün sonra komadan ayılıb

15:55 20-10-2022 | icon 2681
II mərtəbəsindən yıxılan 9 aylıq körpə 20 gün sonra komadan ayılıb

Yaşadıqları binanın ikinci mərtəbəsindən yıxılan, 20 gün koma vəziyyətində olan 9 aylıq körpənin həyatı xilas edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd edilib ki, mərkəzə gətirilərkən olduqca ağır və huşsuz vəziyyətdə olan körpənin beyin ocaqlarında ciddi dəyişiklik olduğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib.

Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, körpə 20 gün süni tənəffüs aparatında qalıb və yalnız bu şəkildə müvafiq müaəlicələrinin aparılması mümkün olub. Hazırda körpənin nevropatoloq müayinəsi davam etdirilir.

Körpənin anası Güllü Mirzəyevanın dediklərinə görə, övladının həyatda qalması bir möcüzədir.

Qeyd edək ki, körpənin bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb. Artıq vəziyyəti müəyyən qədər yaxşılaşan körpənin nevroloji sahə üzrə də müalicəsinin tamamlanması məqsədilə ötən gün Uşaq Nevroloji Xəstəxanasına köçürülməsinə qərar verilib.