logo

Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxub

16:59 19-10-2022 | icon 2667
Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 65 yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 822 min 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 407 nəfər müalicə olunaraq sağalıb, 9 min 935 nəfər vəfat edib. Aktiv xəstə sayı 409 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 959, bu günə qədər isə ümumilikdə 7 milyon 296 min 340 test icra olunub.