logo

Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

16:46 18-10-2022 | icon 2541
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 69 yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 822 min 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 339 nəfər müalicə olunaraq sağalıb, 9 min 935 nəfər vəfat edib. Aktiv xəstə sayı 412 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 780, bu günə qədər isə ümumilikdə 7 milyon 293 min 381 test icra olunub.