logo

Bakı–Tbilisi–Ceyhan kəməri ilə 21 milyon tondan çox neft daşınıb

13:35 18-10-2022 | icon 1596
Bakı–Tbilisi–Ceyhan kəməri ilə 21 milyon tondan çox neft daşınıb

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 27 milyon 505,2 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox neft nəql olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, nəqletmənin 78,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin doqquz ayı ərzində bu kəmərlə 21 milyon 688,4 min ton neft nəql edilib.

Hesabat dövründə BTC ilə 3 milyon 580,3 min ton tranzit nefti də ötürülüb.