logo

Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs edilib

23:58 27-07-2018 | icon 2548
Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs edilib

Yerevan şəhər Məhkəməsi sabiq prezident Robert Köçəryan barəsində həbs qərarı çıxarıb.

YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müttəhimin vəkili Aram Orbelyan deyib. Vəkil qeyd edib ki, məsələ ilə bağlı əlavə məlumatı sabah keçiriləcək mətbuat konfransında çatdıracaq.

Qeyd edək ki, iyulun 26-da R. Köçəryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb