logo

Bu gün COVID-19 əleyhinə cəmi 4 doza vaksin vurulub

20:20 17-10-2022 | icon 2541
Bu gün COVID-19 əleyhinə cəmi 4 doza vaksin vurulub

Oktyabrın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksin vurulmayıb, ikinci doza vaksinlərin sayı 1, üç və daha çox doza vaksinlərin sayı 3-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 902 min 793, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 387 min 156, ikinci mərhələ üzrə 4 milyon 869 min 885, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 383 min 276, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 476-dır.