logo

Rusiyanın kamikadze dronları Kiyev şəhərini bombalayıb, dağıntılar var

09:09 17-10-2022 | icon 2401
Rusiyanın kamikadze dronları Kiyev şəhərini bombalayıb, dağıntılar var

Ukraynanın paytaxtı Kiyev şəhərinə oktyabrın 17-si səhər saatlarında Rusiya ordusunun kamikadze dronları vasitəsilə hücum olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, dronların bəziləri zərərsizləşdirilsə də, Kiyevdə partlayış səsləri eşidilib.

Kiyev şəhər meri Vitali Kliçko partlayışın paytaxtın Şevçenko ərazisində baş verdiyini açıqlayıb.

Dağıntıların həcmi dəqiqləşdirilir.