Ermənistanın Oxçuçayda törətdiyi ekoloji terror Avropa mətbuatında
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə , «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB) tərəfindən həyata keçirilən “Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi ilə bağlı Avropa ictimaiyyətinin məlumatlandırılması” layihəsinin icrasına start verilib.
EMİB-dən YeniAvropa-ya verilən məlumatda bildirilib ki, 2 ay müddətində icra olunacaq layihənin əsas məqsədi Azərbaycanın transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi, ölkəmizə qarşı aparılan ekoloji terror barədə Avropa ictimaiyyətini məlumatlandırmaqdır. Layihənin icrası məqsədilə erməni icmalarının daha aktiv fəaliyyət göstərdiyi Avropa ölkələrində- Yunanıstan, Rumıniya, Latviya, Avstriya və Monteneqronun aparıcı KİV-lərində Ermənistan tərəfindən Oxçuçayda törədilən ekoloji terror barədə məqalələr yerləşdiriləcəkdir. Hər ölkədə 2 KİV olmaqla, ümumilikdə 10 mətbu orqanında Oxçuçayda törədilən ekoloji terror barədə ingilis dilində hazırlanmış yazıların dərc edilməsi planlaşdırılır.
Qeyd edək ki,Araz çayının qolu olan Oxçuçay çayı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Zəngilan rayonu ərazisində yerləşdiyindən 1993-cü ildən sonra bu çayda monitorinqlər aparmaq imkansız olub. Yalnız 27 il sonra, 2020-ci ildə, Vətən müharibəsində Azərbaycan torpaqları Ermənistanın hərbi birləşmələrinin işğalından azad edildikdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) mütəxəssisləri tərəfindən çayda monitorinqlər aparmaq mümkün olub və bu zaman dəhşətli faktları üzə çıxıb. Bəlli olub ki, transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır və sanki bu çay Ermənistanda sənaye tullantılarının kollektoru rolunu oynamaqdadır. Belə ki, qonşu ölkənin cənub bölgəsində yerləşən Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların Oxçuçaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Bu baxımdan Azərbaycan Oxçuçayın çirkləndirilməsi ilə bağlı həyəcan təbili çalmaqdadır.
Azərbaycan tərəfi çaydakı ekoloji fəlakətlə bağlı beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün xarici ölkələrin nüfuzlu laboratorilarına müraciət etməli olub.
Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri ETSN-nin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb. Su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib.
Araz çayından, eləcə də onun birləşdiyi Kür çayından Azərbaycanda kənd təsərrüfatı torpaqlarının suvarılmasında geniş istifadə olunur. Həmçinin, Kür çayının suyundan nəinki ətraf bölgələrin, hətta paytaxt Bakının bir çox ərazilərinin içməli su ilə təmin edilməsində istifadə edilir. Bu isə insan sağlamlığı üçün son dərəcə təhlükəlidir.Belə sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdan tutmuş, orqanizmin ürək-damar, əsəb və və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilər.
Başqa sözlə, Ermənistanın Azərbaycana qarşı bu gün də belə davam etdirdiyi ekoloji terror nəinki ölkənin flora və faunaya, eyni zamanda ölkənin genefonduna ciddi təsir edə biləcək təhlükə mənbəyi olaraq qalmaqdadır. Digər tərəfdən, Kür çayı Xəzər dənizini qidalandıran əsas çaylardan biridir. Oxçuçayın ağır metallarla çirkləndirilməsi Xəzər dənizin florasına da birbaşa təsir göstərir.
Maraqlısı isə odur ki, Ermənistan transsərhəd suların mühafizəsinə dair Helsinki Konvensiyasına qoşulmayıb.30 ildir özünü müstəqil dövlət elan etməsinə baxmayaraq Ermənistanın hələ də Helsinki Konvensiyasına qoşulmaması bu ölkənin gələcəkdə də bölgədə ekoloji terroru davam etdirmək kimi çirkin niyyətini bir daha ortaya qoyur.
EMİB bu layihəni icra etməklə özünü demokratik dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü Avropa ictimaiyyətinə göstərməyi qarşısına hədəf qoyub.
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 60-cı günü
Zelenski Londona səfər edib
Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası olub
BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfər edəcək
Bu gün Azərbaycanda 310 doza vaksin vurulub
Azərbaycanda daha 31 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 9 mini ötüb
Azərbaycanın tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb
"Bakcell" Türkiyəyə xüsusi telekommunikasiya avadanlığı göndərib
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Dağlıq rayonlarda yollar buz bağlayacaq
“Papanin” və “Kubinka”da reyd: 13 narkotacir saxlanılıb
İlham Əliyev Türkiyə səfirliyinə gələrək başsağlığı verib
Türkiyədəki zəlzələ bölgəsindən 205 Azərbaycan vətəndaşı təxliyə edilib
“Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edildi
Azərbaycandan Türkiyəyə göndərilən yardımların STATİSTİKASI
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb
Turizm üzrə regional idarələr yaradılır
İlham Əliyev görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib
Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım üçün ikinci əl əşyalar qəbul edilmir
Sabah paytaxtda qar yağacaq
FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb
Milli Məclisin sədri Misirin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Tovuzda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Türkiyə millisinin iki voleybolçusu zəlzələdə həlak olub