logo

QHT-lər dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin vacib institutlarından biridir

12:11 14-10-2022 | icon 1309
QHT-lər dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin vacib institutlarından biridir

Bu gün QHT-lər dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin vacib institutlarından biridir. Ölkəmizdə 3640-dan çox QHT fəaliyyət göstərir.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin

Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova oktyabrın 14-də Beynəlxalq Asiya Mətbuat Fondunun 30 illiyi münasibətilə keçirilən tədbirdə söyləyib.

Prezident İlham Əliyevin 2007-ci il 27 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” qəbul edildiyini və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldığını bildirən S.Yusifova deyib: “QHT-lərlə tərəfdaşlıq və əməkdaşlıq münasibətləri qurmaq, ictimai fəaliyyəti canlandırmaq üçün Şuraya xüsusi mandat verildi. Bu, QHT sektorunun inkişafında yeni dövrün başlanğıcı hesab oluna bilər. Şura ölkədə vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndirilməsi, dövlət və ictimai sektor arasında əməkdaşlığın səmərəli modelinin tapılması yönündə aparılan axtarışların nəticəsi kimi meydana çıxıb”.