logo

Yevlaxda qardaş qardaşı öldürdü

09:53 13-10-2022 | icon 1274
Yevlaxda qardaş qardaşı öldürdü

Qardaşını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Yevlax rayon prokurorluğundan  YeniAvropa-ya bildirilib ki,oktyabrın 12-si saat 20 radələrində Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşad Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq davam edir.