logo

Oktyabrın 13-dək ölkədə  hava yağıntılı olacaq

15:15 11-10-2022 | icon 2093
Oktyabrın 13-dək ölkədə  hava yağıntılı olacaq

Oktyabrın 11-i gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, oktyabrın 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda sürəti arabir saniyədə 18-23 metr olacaq.

Çaylarda sululuğun artacağı ehtimal edilir.