logo

ABŞ Türkiyəni iqtisadi sanksiyalarla hədələdi

22:16 26-07-2018 | icon 2772
ABŞ Türkiyəni iqtisadi sanksiyalarla hədələdi

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyədə ev dustaqlığında olan amerikalı rahib Endryü Bransonun azad olunmasını tələb edib.

"Əgər rahib Endryu Bransonun azad olunması üçün tədbirlər görülməsə Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq oluna bilər". YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki,  bu fikri  ABŞ-ın vitse-prezidenti Mayk Pens  bu gün dini azadlıqlar mövzusunda Vaşinqtonda keçirilən konfransda çıxışı zamanı bildirib.

"Əgər Türkiyə bu günahsız iman adamını dərhal azad edərək evinə göndərməsə, Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəcək. Prezident Tramp və mən rahibin ABŞ-a qayıdanadək azad olunması üçün çalışacağıq. O həbsxanada deyil, amma azadlıqda da deyil".,-deyə vitse-prezident sözlərinə əlavə edib. 

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib.