logo

Bu gün COVID-19 əleyhinə vaksin vurulmayıb

18:18 10-10-2022 | icon 2653
Bu gün COVID-19 əleyhinə vaksin vurulmayıb

Oktyabrın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 898 min 187, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 385 min 461, ikinci mərhələ üzrə 4 milyon 868 min 893, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 381 min 650, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 183-dür.