Yer kürəsinin ən yaşlı insanı, Yaponiya vətəndaşı Çiyo Miyako 117 yaşında Yokoqama şəhərində vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Çiyo Miyako 1901-ci il mayın 2-də anadan olub.
Xatırladaq ki, hazırda planetin ən yaşlı sakini statusu onun həmyerlisi Kane Tanakeyə keçib. K.Tanake isə 1903-cü il yanvarın 2-də dünyaya gəlib.