logo

Salyanda zəlzələ olub

09:49 10-10-2022 | icon 1218
Salyanda zəlzələ olub

Oktyabrın 10-da Şirvan seysmoloji stansiyasından 8 kilometr cənubda Salyan rayonunun ərazisində zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 06:23-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3,5-ə bərabər olub.