logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 385 min nəfəri ötüb

16:56 07-10-2022 | icon 2954
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 385 min nəfəri ötüb

Oktyabrın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 728 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 258, ikinci doza vaksinlərin sayı 129, üç və daha çox doza vaksinlərin sayı 299, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 42-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 896 min 627, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 385 min 3, ikinci mərhələ üzrə 4 milyon 868 min 446, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 381 min 100, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 78-dir.