Amerika Birləşmiş Ştatlarının Çin Xalq Respublikasındakı səfirliyinin qarşısında partlayış olub.
YeniAvropa xəbər verir ki, hələlik Çinin hüquq mühafizə orqanları hadisə barədə rəsmi məlumat yaymayıb. Lakin sosial şəbəkələrdə yerləşdirilən fotolarda səfirliyin binası yaxınlığında havada tüstü görünür.
ABŞ səfirliyi diplomatik nümayəndəliyin əməkdaşlarından xəsarət alan olmadığını bildirib. Hadisə yerinə polis qüvvələri cəlb olunub.