logo

"Real Hospital"da 46 yaşlı kişi əməliyyatdan sonra öldü

09:33 03-10-2022 | icon 3024
"Real Hospital"da 46 yaşlı kişi əməliyyatdan sonra öldü

Bakıda özəl klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb.

YeniAvropa xəbər verir ki,  hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən "Real Hospital"da qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.