logo

İlin sonunadək 7 milyonadək balıq körpəsi su hövzələrinə buraxılacaq

13:33 30-09-2022 | icon 1512
İlin sonunadək 7 milyonadək balıq körpəsi su hövzələrinə buraxılacaq

Qızılağac Milli Parkının yaradılmasının 4-cü ildönümü münasibətilə 10 min çəkikimi balıq körpəsi Kiçik Qızılağac körfəzinə buraxıldı. Onlardan 4 mini çəki, 3 mini ağ amur və 3 mini ağ qalınalındır.

YeniAvropa xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov məlumat verib.

Onun sözlərinə görə, bu il 45 min ədəd qızılbalıq, 565 min ədəd nərəcinsli balıq, 2,5 milyon kütüm balıq körpələri Xəzər dənizinə buraxılıb: "3 milyon 600 minə qədər çəkikimi balıqların - çəki, ağ qalınalın və ağ amurun müxtəlif su hövzələrinə - Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Yenikənd, Xanbulan, Şəmkir su anbarlarına, Kür çayına, Qarabağ və Şərqi Zəngəzurda isə Suqovuşana, Bərgüşad və Həkəri çaylarının qovuşduğu yerə və Xaçınçay su anbarına buraxılması nəzərdə tutulub. İlin sonunadək isə ümumilikdə yeddi milyona qədər müxtəlif balıq körpələrinin su hövzələrinə buraxılması planlaşdırılıb".