logo

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

16:32 29-09-2022 | icon 2345
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 149 yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 min 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 374 nəfər müalicə olunaraq sağalıb, 9 min 913 nəfər vəfat edib. Aktiv xəstə sayı 1024 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 456, bu günə qədər isə ümumilikdə 7 milyon 247 min 567 test icra olunub.