logo

Güclü yağış İstanbulda sel və daşqına səbəb olub

20:02 25-07-2018 | icon 2527
Güclü yağış İstanbulda sel və daşqına səbəb olub

Güclü yağış İstanbulun bütün səmtlərində sel və daşqına səbəb olub.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, bir çox bölgələrdə yeraltı keçidləri və metro stansiyalarını su basıb. Avtomobillər su altında qalıb. Bəzi yollarda insanlar köməksiz vəziyyətə düşüb.

Üç gündür yağan yağış qısa müddətdə ictimai nəqliyyata və şəhər təsərrüfatının idarə olunmasına ciddi əngəllər yaradıb. Metronun hərəkətində fasilələr meydana gəlib.