logo

Nabranda bir ailənin 4 üzvü dənizdə batıb

18:49 25-07-2018 | icon 3423
Nabranda bir ailənin 4 üzvü dənizdə batıb

İyulun 25-də Xəzər dənizinin Nabran ərazisində 4 nəfər dənizdə çimərkən boğulub.

YeniAvropa xəbər verir  ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suda boğulan şəxslərin meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, boğulan 4 nəfər bir ailənin üzvləridir.