Xarici İşlər Nazirliyində Vətən müharibəsi şəhidləri anılıb
Sentyabrın 27-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Anım Gününə həsr olunmuş tədbir keçirilib.
XİN-in Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, anım tədbirində nazirliyin rəhbər heyəti, Vətən müharibəsi iştirakçısı, şəhid ailələri və diplomatiya könüllüləri iştirak ediblər.
Tədbir Xarici İşlər Nazirliyinin 27 Sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanatının səsləndirilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Anım tədbirində çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, iki il bundan öncə sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cavab tədbirlərinə əl atdığını və bu əməliyyatın 44 gün davam edən Vətən müharibəsinin başlanğıcını qoyduğunu qeyd edib. Vətən müharibəsi nəticəsində Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun həm beynəlxalq hüququ, həm də tarixi ədaləti təmin etdiyi bildirilib. İşğaldan azad olunmuş torpaqlarda hazırda aparılan genişmiqyaslı yenidənqurma işlərinin bu ərazilərdən onilliklər öncə zorla didərgin salınmış məcburi köçkünlərimizin təhlükəsiz şəraitdə evlərinə geri dönməsinə xidmət etdiyini söyləyən nazir Ceyhun Bayramov, artıq Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələrin qayıtdığını diqqətə çatdırıb. Postmünaqişə mərhələsində Azərbaycan tərəfindən iki dövlət arasında normallaşma prosesi istiqamətində bir sıra səylər göstərilsə də, Ermənistan tərəfinin buna qarşılıq vermədiyi, bu ölkənin mütəmadi təxribatlara əl atdığı bildirilib. Bu xüsusda, Ermənistanın sonuncu 12-14 sentyabr tarixli təxribatının normallaşma prosesinə, bölgədə sülhün təmin olunması səylərinə xələl gətirdiyi vurğulanıb. Nazir Ceyhun Bayramov tədbirdə iştirak edən şəhidlərimizin övladlarına üzünü tutaraq, bütün Azərbaycanın onların ataları ilə, bütün şəhidlərimizlə fəxr etdiyini söyləyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib.
Anım tədbirində Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, Raket və Artilleriya Qoşunlarının qərargah rəisi, polkovnik Gülməmməd Rzayev çıxış edib. O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Şanlı Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışan Gülməmməd Rzayev bundan sonra da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı bir təhdid yaranarsa, Azərbaycan Ordusunun bu təhdidlərin qarşısının alınması, Vətənimizin müdafiəsi üçün qətiyyətli tədbirlər görəcəyini söyləyib.
Tədbirdən sonra saat 12:00-da Xarici İşlər Nazirliyinin rəhbər heyəti şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır