Taekvondoçularımız Avropa çempionatına yollanırlar
Sentyabrın 27-də Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start veriləcək. Dörd gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Azərbaycan Taekvondo Federasiyasından YeniAvropa-ya bildirilib ki, kişilərdən ibarət milli komanda baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında mübarizə aparacaq.
Onlar Tiranda Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (80 kq) şans verəcəklər.
Qadınlardan ibarət yığmanın baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov çempionatda Sona Ağayeva (46 kq), Qönçə Hüseynli (49 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidovanı (62 kq) sınaqdan keçirəcək.
Yarışda ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli referi, ATF-in baş hakimi Gündüz Abdullayev və Ramal Camalov da yer alacaq.
Yığmaya rəhbərliyi ATF-in vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Taekvondoçularımız səfərə sentyabrın 25-də yollanacaqlar.
Komandamız Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatına da qatılacaq.
Həmin vaxt komandaya Qaşım Maqomedov, Həmidrza Sədri, Ruslan Seyidov (hər üçü 58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov (hər ikisi 63 kq), Minayə Əkbərova (46 kq), Röya Hacıyeva və Patimat Abakarova (hər ikisi 49 kq) da qoşulacaq. Bu heyət isə Albaniyaya sentyabrın 30-da yola düşəcək.
Qeyd edək ki, taekvondoçularımız ötən həftə Reza Mehmandostun rəhbərliyi altında açıq Sloveniya çempionatında mübarizə aparıb. Komandamız 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır