2026-cı ilədək ölkə iqtisadiyyat hər il 3-4 % artacaq
2026-cı ilədək ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft-qaz ÜDM-nin isə illik orta hesabla 5 faiz artımı hədəflənir.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Qeyd edilib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması, həmçinin işğaldan azad edilmiş ərazilərimizə “Böyük qayıdış”ın təmin olunması biznes mühitində ciddi dəyişikliklərə səbəb olacaq və azad edilmiş ərazilərin reinteqrasiyası iqtisadiyyata böyük dinamiklik gətirəcək.
“2030 Gündəliyi” üzrə qlobal öhdəliklərə qoşulan vaxtdan indiyədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində ölkəmizdə əhəmiyyətli işlər görülüb və nəzərəçarpacaq dərəcədə irəliləyişlər əldə edilib. Görülmüş işlərin nəticəsi olaraq, BMT-nin üzvü olan ölkələrdə DİM-lərin icrasının təhlili məqsədilə hər il BMT-nin İnkişaf üçün həllər təşəbbüsü və Kembric Universiteti tərəfindən dərc olunan “Dayanıqlı İnkişaf - 2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşmış və göstərici üzrə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə 5 pillə irəliləyib. Hesabatdakı mövqeyi ilə ölkəmiz dünyada hər üç ölkədən ikisini qabaqlayıb və Cənubi Qafqaz regionunda öz lider mövqeyini qoruyub. Belə ki, hesabata əsasən ölkədə 1-ci (Yoxsulluğun azaldılması), 6-cı (Təmiz su və sanitariya), 12-ci (Məsuliyyətli istehsal və istehlak) DİM-ləri üzrə irəliləyişlərin olduğu, o cümlədən 4-cü (Keyfiyyətli təhsil), 11-ci (Dayanıqlı şəhərlər və icmalar), 13-cü (İqlim dəyişmələri ilə mübarizə) və 17-ci (Tərəfdaşlığın gücləndirilməsi) DİM-ləri üzrə isə ötən dövrlərlə müqayisədə nailiyyətlərin müşahidə olunduğu qeyd edilib. Həmçinin COVID-19 pandemiyasının yaratdığı çətinliklər və qlobal və milli məlumat bazalarına dair metodoloji uyğunsuzluqlar səbəbindən 5-ci (Gender Bərabərliyi), 7-ci (Sərfəli və Təmiz Enerji), 10-cu (Bərabərsizliyin azaldılması), 14-cü (Dəniz ekosisteminin mühafizəsi) və 16-cı (Sülh, ədalət və səmərəli institutlar) DİM-lərə nail olunmasında durğunluğun olduğu diqqətə çatdırılıb.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır