logo

Avropa Məhkəməsinə ilk dəfə qadın sədrlik edəcək

21:41 19-09-2022 | icon 1680
Avropa Məhkəməsinə ilk dəfə qadın sədrlik edəcək

Avropa İnsan Hüquqları Məhkəməsinə yeni prezident seçilib.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bu gün Siofra O'Liri (İrlandiya) yeni prezident seçilib. Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qadın rəhbəri olan xanım bu vəzifədə Robert Spanonu (İslandiya) əvəzləyəcək.

O, vəzifəsinin icrasına 2022-ci il noyabrın 1-dən başlayacaq.

Qeyd edək ki, Siofra O'Liri 2022-ci ilin yanvarından bəri vitse-prezident idi.