Co Bayden ikinci dəfə prezidentliyə namizəd olacaq
ABŞ prezidenti Co Bayden "CBS" teleşirkətinə müsahibəsində bildirib ki, o, ikinci prezidentlik müddətinə namizədliyini irəli sürmək niyyətindədir, lakin hələ “qəti qərar qəbul etməyib”.
YeniAvropa xəbər verir ki, CoBayden “60 dəqiqə” televiziya verilişinin efirində deyib: “Qulaq asın, dediyim kimi mənim ilkin niyyətim belədir ki, yenə namizədliyimi irəli sürəcəyəm. Lakin bu, yalnız niyyətdir. Namizədliyimi yenidən irəli sürməyi qəti qərara almışammı? Bunu hələ aydınlaşdırmaq lazımdır”.
Bayden və onun müşavirləri dəfələrlə bəyan ediblər ki, Ağ evin rəhbəri 2024-cü ildə namizədliyini irəli sürmək niyyətindədir. O vaxt onun 81 yaşı olacaq. Bununla belə onlar siyasətçinin öz niyyətini reallaşdırıb- reallaşdırmayacağını qəti bildirməkdən çəkiniblər. Baydenin özünün bəyanatına görə, bu qeyri-müəyyənlik seçki kampaniyasının maliyyələşdirilməsi haqqında qanunlarla bağlıdır, çünki həmin qanunlar namizəddən donorlar barədə informasiyanın açıqlanmasını və vəsait toplanmasının məhdudlaşdırılmasını tələb edir.
Bayden deyib: “Mən taleyimdən çox razıyam. Hazırda öz işimi yerinə yetirirəm və bunu davam etdirməyə hazırlaşıram. Çox ehtimal ki, növbəti seçki dövrəsindən sonra (2022-ci ilin aralıq seçkiləri nəzərdə tutulur) necə hərəkət etməyi gələn il qərara alacağam”. Baydenin ikinci müddətə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə şayiələr hələ 2020-ci ildə, ilk dəfə qalib gələndən sonra yayılmağa başlanıb. Həmin seçki kampaniyası dövründə Bayden “Demokratlar Partiyasının liderlərinin növbəti nəsli üçün körpü olmağa çalışacağını bildirirdi, lakin bu il inflyasiyanın artması fonunda onun reytinqinin aşağı düşməsi Demokratlar Partiyasından olan siyasətçilərin çoxunu belə deməyə məcbur edib ki, Baydenin öz siyasi karyerasını başa çatdırması vaxtıdır.
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 60-cı günü
Zelenski Londona səfər edib
Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası olub
BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfər edəcək
Bu gün Azərbaycanda 310 doza vaksin vurulub
Azərbaycanda daha 31 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 9 mini ötüb
Azərbaycanın tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb
"Bakcell" Türkiyəyə xüsusi telekommunikasiya avadanlığı göndərib
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Dağlıq rayonlarda yollar buz bağlayacaq
“Papanin” və “Kubinka”da reyd: 13 narkotacir saxlanılıb
İlham Əliyev Türkiyə səfirliyinə gələrək başsağlığı verib
Türkiyədəki zəlzələ bölgəsindən 205 Azərbaycan vətəndaşı təxliyə edilib
“Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edildi
Azərbaycandan Türkiyəyə göndərilən yardımların STATİSTİKASI
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb
Turizm üzrə regional idarələr yaradılır
İlham Əliyev görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib
Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım üçün ikinci əl əşyalar qəbul edilmir
Sabah paytaxtda qar yağacaq
FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb
Milli Məclisin sədri Misirin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Tovuzda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Türkiyə millisinin iki voleybolçusu zəlzələdə həlak olub