logo

Türkiyənin təhlükəsizlik qüvvələri 13 terrorçunu zərərsizləşdirib

12:57 23-07-2018 | icon 2569
Türkiyənin təhlükəsizlik qüvvələri 13 terrorçunu zərərsizləşdirib

 Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının son iki gündə keçirdiyi antiterror əməliyyatları nəticəsində ölkənin Hakkari və Ərzincan bölgələrində, İraqın şimalındakı Avaşin-Basyan ərazisində 11 terrorçu zərərsizləşdirilib.

YeniAvropa xəbər verir  ki, Ərzincanda daha 2 terrorçu arteriya atışı ilə məhv edilib. Terrorçuların fəallaşması ilə əlaqədar Hakkari vilayətinin 3 rayonunda komendant saatı elan olunub.

Suriyadan Türkiyəyə keçən PYD/PKK terror təşkilatının üzvü olan 2 terrorçu Şanlıurfada təhlükəsizlik qüvvələrinə təslim olub.

Başqa bir rəsmi məlumatda isə bildirilir ki, iyulun 22-də Suriyanın Kobani bölgəsindən Türkiyəyə keçən iki PKK/PYD mənsubu Suruç ərazisində yaxalanıb.

Antiterror əməliyyatları davam edir.