logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb

11:11 10-09-2022 | icon 1351
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 103 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 91 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 85, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.