İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı "odla oynamamağa" çağırıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Taşim" agentliyi xəbər yayıb.
"Od ilə oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz",-deyə İran lideri vurğulayıb.
Həsən Ruhani həmçinin, Amerikalı həmkarının diqqətinə onu da çatdırıb ki, İranla sülh ümumi dünya ilə sülhün açarıdır, İranla müharibə isə digər müharibələrin açarı olacaq:
"Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik", - İran prezidenti vurğulayıb.("Report")