Sahibə Qafarova Daşkənddə Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə ölkəmizin bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən spiker Sahibə Qafarova İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolunu yüksək qiymətləndirib.
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda fəal təmsilçiliyi və təşəbbüskarlığı haqqında danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təklifini irəli sürüb və 2021-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub. Sahibə Qafarova Parlament Şəbəkəsinin təsis iclasında iştirakına və Bakıda keçirilən birinci konfransa müraciətinə görə Duarte Paçekoya təşəkkürünü bildirib.
Azərbaycan parlamentinin spikeri xatırladıb ki, bu ilin 30 iyun-1 iyul tarixlərində isə Azərbaycanın paytaxtı Bakı şəhərində 40 ölkədən və 8 beynəlxalq parlament təşkilatından parlament nümayəndə heyətlərinin iştirakı ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk konfransı keçirilib. Konfransın yekununda qəbul olunan Bakı Bəyannaməsi ümumi mövqeyimizi və baxışlarımızı əks etdirməklə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ümumi məqsədlərə töhfə verməyə, digər parlament təşkilatları, o cümlədən Parlamentlərarası İttifaqla hamını narahat edən məsələlərin həllində birgə işləməyə hazırdır.
Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko təmsil etdiyi qurumla Azərbaycanın bu təşkilatın fəal üzvlərindən biri olmasından məmnunluğunu qeyd edərək, Azərbaycanın İPU-nun üzvü kimi əhəmiyyətli rolunu vurğulayıb. O, Parlamentlərarası İttifaqın qarşıdakı dövrdə fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
O, həmçinin əvvəlki dövrlərdə ölkəmizdə səfərdə olduğunu, Azərbaycan xalqının multikultural dəyərlərinin onda böyük təəssürat yaratdığını qeyd edib.
Duarte Paçeko müasir dövrdə parlament diplomatiyasının, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bildirərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə Parlamentlərarası İttifaqla Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır