logo

Bu gün bir sıra rayonlarda qaz olmayacaq

12:44 06-09-2022 | icon 987
Bu gün bir sıra rayonlarda qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğrayan hissəsinin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və kəmərin müvafiq hissəsində yaranan qaz sızmasının ləğvi ilə bağlı, bu gün təmir işlərinin görülməsi planlaşdırılır.

“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, təmir işləri aparılan müddətdə İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.