Gürcüstanın əsas müxalifət partiyalarından hesab olunan “Avropa Gürcüstanı” partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.
YeniAvropa xəbər verir ki, iyulun 21-də Kutaisi İdman Sarayında partiya fəallarının toplantısı keçirilib. Toplantıda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub və D.Bakradzenin namizədliyi yekdilliklə təsdiq olunub.
Xatırladaq ki, David Bakradze 2008-2012-ci illərdə Gürcüstan parlamentinin sədri olub