Türkiyədə fəaliyyət göstərən “Durmazlar” şirkətində istehsal olunan tramvaylar Polşaya ixrac ediləcək.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, "Panorama" markalı bu tramvaylar hazırda Türkiyənin Kocaeli və Samsun şəhərlərində sərnişinlərə xidmət göstərir. Polşa tərəfi idxal üçün müqavilə imzaladığı müasir standartlara cavab verən "Panorama"ları 2020-ci ildə Olsztyn şəhərində xəttə buraxmağı nəzərdə tutur. Bu tramvaylara digər Avropa ölkələrinin də müştəri olacağı proqnozlaşdırılır.