logo

Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşüb

16:56 25-08-2022 | icon 1155
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşüb

Avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edən Azərbaycanın baş naziri Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstan prezidenti Sadır Japarov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Qırğızıstan prezidenti Sadır Japarov baş nazir Əli Əsədovu və iclasın digər iştirakçılarını, o cümlədən Avrasiya Hökumətlərarası Şurasının üzvlərini və tədbirdə müşahidəçi və qonaq qismində iştirak edən dövlətlərin hökumət başçılarını salamlayıb.

Baş nazir Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Qırğızıstan prezidentinə çatdırdı.

Ə.Əsədov, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının ikitərəfli gündəliyində duran məsələlərə toxunub.