logo

AMEA-da ixtisarlar olmayacaq

12:12 23-08-2022 | icon 6041
AMEA-da ixtisarlar olmayacaq

"Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) tabeliyindəki institut və təşkilatlarda olan ştat cədvəllərində dəyişiklik və ixtisar nəzərdə tutulmur".

YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əsas məsələ Elm və Təhsil Nazirliyi ilə AMEA-nın bir-birinə inteqrasiya olunmasıdır.

"Yaxın aylarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq", -  deyə nazir bildirib.