logo

ABŞ-da İranı dünyanın ən güclü 13-cü dövləti hesab edirlər

12:07 19-07-2018 | icon 2611
ABŞ-da İranı dünyanın ən güclü 13-cü dövləti hesab edirlər

ABŞ-da dərc olunan “US News and World Report” jurnalı maraqlı tədqiqat keçirərək iqtisadi, siyasi və hərbi baxımdan ən güclü dövlətlərin siyahısını tərtib edib və bu siyahıda İran 13-cü yeri tutub.

YeniAvropa xəbər verir  ki, Asiya və Avropa dövlətləri arasında İranın 13-cü olması onun uzun illər iqtisadi sanksiyalara məruz qalması ilə əlaqədardır. Sanksiyalar olmasaydı İran daha yüksək yerdə qərarlaşa bilərdi. Buna baxmayaraq İranın 100 dövlət arasında 13-cü olması yüksək göstərici hesab olunur.

Siyahının ilk beşliyində ABŞ, Rusiya, Çin, Almaniya və Böyük Britaniya yer alıb. Bu dövlətlər iqtisadi və hərbi potensialları ilə qlobal siyasi proseslərə təsir etmək, həmin prosesləri istiqamətləndirmək imkanına malikdir.

Türkiyə, Hindistan, Avstriya, İtaliya, Qətər, Niderland, Pakistan, İspaniya, və Misir siyahıda sonrakı yerləri tuturlar. Bu dövlətlər son illərdə iqtisadi inkişafa qədəm qoyublar ki, bu da onların hərbi gücünün artmasına və dünya siyasətində iştirak etməsinə imkan yaradıb.