logo

Biləcəridə satıcını öldürən qardaşlar həbs ediliblər

10:10 19-07-2022 | icon 1456
Biləcəridə satıcını öldürən qardaşlar həbs ediliblər

İyulun 18-i saat 16 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq davam edir.